MƏAK İctimai Birliyi əhaliyə müraciət edib

MƏAK İctimai Birliyi əhaliyə müraciət edib

2021-ci ildə bu günə kimi 54 Azərbaycan vətəndaşı minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Bu barədə “Poliqon”a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Apreldə minalarla bağlı hadisələr Ağdam, Tərtər, Qubadlı və Zəngilan rayonlarının ərazisində baş verib. 8 hadisə nəticəsində 12 nəfər minalardan zərər çəkib. Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb.

Bundan başqa apreldə Azərbaycanın ərazisində Ermənistan FHN-in bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”, – deyə Hafiz Səfixanov bildirib.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş