MƏAK İctimai Birliyi yeni layihənin icrasına başlayır

MƏAK İctimai Birliyi yeni layihənin icrasına başlayır

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunması” adlı layihənin icrasına başlayır.

Bu barədə Azeri Defence saytına Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

“Layihənin məqsədi mina qurbanı olmuş şəxsləri və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların  sosial problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir”, – deyə Hafiz Səfixanov vurğulayıb.

İctimai Birliyin sədrinin sözlərinə görə, qrant layihəsi Füzuli və Tovuz rayonlarında həyata keçiriləcək: “Bu rayonlarda yaşayan mina qurbanlarından və digər müharibə əlillərinindən seçiləcək şəxslərə bal istehsalı və arıçılıq kiçik biznesilə məşğul olmaları üçün onların özlərinin iştirakı ilə mal, material və ləvazimatlar alınaraq təhvil veriləcəkdir. Bundan sonra layihənin benefisiarlarının fəaliyyəti monitorinq altında olacaqdır. Layihənin icra müddəti 3 aydır”.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş