Mədət Quliyev İsmail Dəmirlə görüşüb

Mədət Quliyev İsmail Dəmirlə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmirin başçılıq etdiyi geniş nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Mədət Quliyev iki qardaş ölkə arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Nazir xalqımızın qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin hər an yanımızda olduğunu xatırladaraq dost ölkənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

Mədət Quliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratdığını qeyd edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş