
Mədət Quliyev Rusiyanın Sənaye və Ticarət naziri ilə görüşüb
Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev Moskvaya işgüzar səfəri çərçivəsində Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovla görüş keçirib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
KATEQORIYA: Xəbərlər