Mədət Quliyev Türkiyə SSB-nin nümayəndə heyətini qəbul edib

Mədət Quliyev Türkiyə SSB-nin nümayəndə heyətini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədr müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də daim yaxından əməkdaşlıq etdiklərini bildirən nazir Mədət Quliyev 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin dövlətimizin yanında olduğunu, qazandığımız böyük Zəfərdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin böyük rol oynadığını vurğulayıb. Nazir eyni zamanda Azərbaycanın Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş