Məhərrəm Əliyev: “Genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrəti artıb”

Məhərrəm Əliyev: “Genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrəti artıb”

“Azərbaycanda aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrəti artıb”.

“AzeriDefence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin xidməti müşavirəsində Prezidentin köməkçisi – Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev deyib.

General-polkovnik Məhərrəm Əliyev Azərbaycanın dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışıb.

M.Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrası, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun isə beynəlxalq aləmdə nüfuzunun artması, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş