
Mərakeş 24 ədəd AH-64E “Apache” helikopteri alır
ABŞ ilə Mərakeş arasında AH-64E “Apache Guardian” döyüş helikopterlərinin tədarükünə dair müqavilə imzalanıb.
Bu barədə “AzeriDefence” “Boeing” şirkətinə istinadən məlumat verib.
Müqavilə çərçivsində “Boeing” şirkəti Mərakeş Silahlı Qüvvələri üçün 24 ədəd AH-64E “Apache Guardian” döyüş helikopteri istehsal edəcək.
Məlumatda o da qeyd olunub ki, bu müqavilə ilə Mərakeş AH-64 “Apache” helikopterlərini istifadə edəcək 17-ci ölkə olub.
KATEQORIYA: Xəbərlər