Mərkəz direktoru: “Azersky” peyki Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına dəstək verir

Mərkəz direktoru: “Azersky” peyki Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına dəstək verir

Azərbaycanın yüksək ayırdetməli məsafədən müşahidə peyki “Azersky” Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına dəstək verir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Tərlan Məmmədzadə dünyaca nüfuzlu “Springer” nəşrində dərc olunan məqaləsində bildirib.

“Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyası” adlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının “Azersky” peyki vasitəsilə monitorinqinə dair tutarlı arqumentlərə söykənən faktlar öz əksini tapıb.

Müxtəlif müqayisəli təhlillər və coğrafi informasiya sistemləri üzrə fərqli metodların tətbiqi əsasında hazırlanmış məqalədə Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi, xüsusilə də, işğal olunmuş Azərbaycan ərazilərində yeni salınan qeyri-qanuni yaşayış məntəqələri, infrastruktur obyektləri göstərilib, qanunsuz kənd təsərrüfatı fəaliyyəti, təbii ehtiyatların talan edilməsi, ətraf mühitə və təbii sərvətlərə vurulan ziyan peyk təsvirləri ilə sübut edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş