Mətbuat Şurası jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində  həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlər əməl etməyə çağırıb.

Azeri Defence saytının məlumatına görə, bununla bağlı Mətbuat Şurası jurnalistlərə müraciət edib.

Müraciətdə bildirilir ki, “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na, müvafiq beynəlxalq təcrübəyə əsaslanaraq cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın, hərbi əməliyyatların intensiv xarakter aldığı ərazilərdə jurnalist fəaliyyətinin təşkilinə dair aşağıdakı qaydalara riayət etmək lazımdır:

  • Jurnalistlərin cəbhə bölgəsində üzərində “PRESS” yazılmış gödəkçələrdə olmaları şərtdir;
  • Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərin hərbi geyimdə, hərbi gödəkçələrdə, ümumən üzərində hərbi geyimlərə məxsus rəng çalarları olan geyimlərdə olmaları yolverilməzdir;
  • Jurnalistin əlinə silah aldığı müşahidə edilməməlidir. Belə hal onun mübarizə tərəfi kimi qəbul olunma şübhəsi yaradır, habelə həyatını daha çox riskə atmış olur;
  • Jurnalistlər parlaq rəngləri olan geyimlər geyinməməli, daha çox tünd rəngli geyimlərə üstünlük verməlidirlər. Bu imkan verəcək ki, onlar hərbçilərdən fərqlənsinlər;
  • Hərbi əməliyyatlarla bağlı materialların təqdimatında sensasiya axtarışı, sensasion təqdimat və sensasion sərlövhələrdən uzaq dayanmaq vacibdir;
  • Jurnalistlər mütləq şəkildə özlərini qorumalı, hərbi əməliyyatların intensivləşdiyi saatlarda təhlükəsizliyə xüsusi diqqət yetirməlidirlər. Onlar nəzərə almalıdırlar ki, ekstremal durumlarda video və foto çəkilişlərin dəqiqliklə davam etdirilməsi önəmli deyil.
  • Çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, bu tələblərin pozulmasına nəzarət aparılır və yol verilmiş nöqsanlar nəinki jurnalistin xidməti ezamiyyətinin başa çatmasını, habelə hərbi baxımdan neqativ nəticələr doğura bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş