Mətbuat Xidmətinin rəisi: “Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

Mətbuat Xidmətinin rəisi: “Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Azeri Defence saytının məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Polkovnik Vaqif Dərgahlı sözlərinə görə, belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş