
M-346FA təyyarələrinin çatdırılmasına 2021-ci ildə başlanacaq
İtaliyanın “Leonardo” Korporasiyası tərəfindən istehsal edilən M-346FA “Fighter Attack” yüngül döyüş təyyarəsi 2021-ci ildə sifarişçiyə çatdırılacaq.
Azeri Defence saytının “Leonardo” Korporasiyasına istinadən verdiyi məlumata görə, bunu şirkətin icraçı direktoru Lucio Valerio Cioffi deyib.
“Artıq beynəlxalq bir müştəri tərəfindən sifariş verilmiş M-346FA “Fighter Attack” yüngül döyüş təyyarəsi geniş çeşidli əməliyyat tapşırıqları üçün yüksək effektiv imkanlarla təchiz edilib. İlk M-346FA 2021-ci ildə sifarişçiyə təhvil veriləcək”, – deyə “Leonardo” şirkətinin icraçı direktoru vurğulayıb.
L.V. Cioffi M-346FA döyüş təyyarəsinin tədarük ediləcəyi ölkənin adını açıqlamayaıyb. Direktor onu da əlavə edib ki, M-346FA döyüş təyyarəsinin təkmilləşdirilməsi sifarişçiyə çatdırılana qədər davam etdiriləcək.