M-346FA təyyarələrinə “Litening-5” və “RecceLite” elektro-optik sistemləri inteqrasiya olunur

M-346FA təyyarələrinə “Litening-5” və “RecceLite” elektro-optik sistemləri inteqrasiya olunur

İsrailin “Rafael” şirkəti İtaliyanın “Leonardo” Korporasiyası arasında M-346FA yüngül döyüş təyyarələrinin beşinci nəsil “Litening-5” və “RecceLite” elektro-optik sistemləri ilə təchiz edilməsinə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə “Rafael” şirkətindən məlumat verilib.

Bu, beşinci nəsil elektro-optik qınların M-346FA platformasına ilk inteqrasiyasıdır.

M-346FA təyyarələri “Litening 5” multispektral hədəfləmə sistemlərindən istifadə edərək döyüş qabiliyyətini yüksəldəcək. Hazırda “Litening 5” sistemi 27 ölkənin hava qüvvələri tərəfindən istifadə olunur və qlobal miqyasda 25-dən çox platformaya inteqrasiya edilib.

Litening-5

“Litening 5” sistemi real vaxt rejimində infraqırmızı (FLIR + SWIR) və gündüz HD rəngli kamera görüntülərini təqdim edir. Sistem lazerlə idarə olunan, GPS ilə idarə olunan və EO / IR arayıcı başlıqlı idarə edilən sursatların tətbiqinə imkan verir.

“RecceLite” ISR sistemi vasitəsi isə yüngül hücum təyyarələrinə AI, ATR (avtomatik hədəf tanıma), aşkarlama, izləmə və hədəf axtarışını həyata keçirmək imkanı qazandırır. Hazırda 13 istifadəçinin silahlanmasında yer alan “RecceLite” F-16, F-18, “Jaguar”, AMX, “Tornado”, “Typhoon”, “Gripen”, “Heron TP”, “Reaper” və digər uçuş platformaalarında istifadə olunur.

RecceLite

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş