Macarıstan iki KC-390 təyyarəsi alır

Macarıstan iki KC-390 təyyarəsi alır

Macarıstanın Müdafiə Qüvvələri “Embraer” şirkəti ilə 2 ədəd havada yanacaq doldurma qabiliyyətinə sahib KC-390 təyyarəsinin satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “Azeri Defence”ə “Embraer” şirkətindən məlumat verilib.

Təyyarələrin tədarükünə 2023-cü ildə başlanacaq.

KC-390 təyyarəsi C-390 “Millenium” təyyarəsinin hərbi variantıdır. KC-390 texniki xarakteriskaları ilə yanaşı avionik və rabitə konfiqurasiyasına görə tamamilə NATO ilə uyğundur. Macarıstan bu təyyarəni seçən ikinci Avropa ölkəsi və NATO üzvüdür.

Macarıstan Müdafiə Qüvvələri üçün istehsal ediləcək KC-390 təyyarəsi humanitar missiyaları yerinə yetirmək üçün Reanimasiya Bölməsinə sahib dünyada ilk təyyarə olacaq.

KC-390 zondu və yanacaq doldurma sistemi, təyyarənin Macarıstanın JAS-39 “Gripen” və eyni texnologiyanı istifadə edən digər təyyarələrə yanacaq doldurmasına imkan verir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş