Macarıstan NASAMS zenit-raket kompleksləri alır

Macarıstan NASAMS zenit-raket kompleksləri alır

Macarıstan ABŞ-ın “Raytheon Technologies” və Norveçin “Kongsberg” şirkətləri tərəfindən istehsal olunan NASAMS zenit-raket komplekslərini (ZRK) əldə etmək üçün müqavilə bağlayıb.

“Azeri Defence” xəbər verir ki, Macarıstan hökumətinin yaydığı məlumata görə, müqavilənin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir.

Müqaviləyə əsasən 2023-cü ildə NASAMS hava hücumundan müdafiə sistemlərinin Macarıstan Silahlı Qüvvələrinə tədarükü başlayacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş