Macarıstan T-72 tanklarını silahlanmadan çıxarır

Macarıstan T-72 tanklarını silahlanmadan çıxarır

Almaniya Macarıstan Silahlı Qüvvələrinə “Leopard 2A4” əsas döyüş tankları tədarük edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlində Almaniya ilə Macarıstan arasında imzalanmış müqavilə çərçivəsində “Leopard 2A4” tanklarının ilk partiyası sifarişçiyə çatdırılıb.

Tədarük proqramı çərçivəsində Macarıstan Almaniyadan 12 ədəd Leopard 2A4 və 44 ədəd “Leopard 2A7+” əsas döyüş tankı almağı planlaşdırıb. “Leopard 2A7+” tanklarının sifarişçiyə çatdırılmasına 2023-cü ildə başlanması nəzərdə tutulub.

Almaniyanın “Krauss Maffei” şirkəti tərəfindən tədarük edilən “Leopard 2A4” və “Leopard 2A7+” əsas döyüş tankları hazırda Macarıstan Ordusunun texnika parkında yer alan T-72 tanklarını əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş