“Mahindra” yeni zirehli maşının təqdim edib

“Mahindra” yeni zirehli maşının təqdim edib

Hindistanın “Mahindra Defence Systems” şirkəti “Mahindra ASLV” adlı yeni zirehli nəqliyyat vasitəsini təqdim edib.

“AzeriDefence” xəbər verir ki, bu barədə “GaadiWaadi” məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin ehtiyacını qarşılamaq üçün hazırlanmış “Mahindra ASLV” maşının zirehi 7.62 x 51 mm çaplı güllə və HE36 əl bombası partlalmasına qarşı qorumanı təmin edir.

“Mahindra ASLV” 1000 kq yük daşıma qabiliyyətinə malikdir. Maşının üzərində müxtəlif silahların inteqrasiyası mümkündür. “Mahindra ASLV” 4 nəfərlik tam döyüş təchizatlı şəxsi heyəti (xüsusi təyinatlını) daşıya bilir. Maşın 4 pilləli avtomatik transmissiya və 6 silindrli turbodizel mühərriki ilə təchiz edilib. Zirehli maşının maksimum sürəti 120 km/saat təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş