MAKA-da hazırlanmış şlemlər silahlanmaya qəbul edilib – FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) hərbi texnikaların heyəti üçün hazırladığı qoruyucu şlemlər silahlanmaya qəbul olunub.
“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə MAKA-nın baş direktoru Alçın Şirinzadə bildirib.

MAKA tərəfindən hazırlanmış şlemlər hazırda Silahlı Qüvvələrin hərbçiləri tərəfindən istifadə olunur. A. Şirinzadənin sözlərinə görə, bu yaxınlarda Sərhəd Qoşunlarından şlemlərin çatdırılmasına dair sifariş alınıb.

“MAKA-nın şlemləri hazırda orduda istifadə olunan şlemlərdən yüngüllüyü, mexaniki təsirlərə davamlılığı və qiymətinə görə üstünlüklərə malikdir”, – deyə Şirinzadə vurğulayıb.

Agentlik rəhbəri həmçinin əlavə edib ki, yerli şlemlər əsasən yay mövsümlərində öz üstünlüyünü göstərib. Səhra şəraitində istifadə zamanı özünü doğruldub.

Qeyd edək ki, yerli şlemlər MAKA-nın müəssisəsində hazırlanmış və müxtəlif radiostansiyalara qurula bilən çevirici ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş