MAKA-nın 45 illiyi qeyd edilib

MAKA-nın 45 illiyi qeyd edilib

Milli Aerokosmik Agentliyin (MAKA) yaradılmasının 45 illiyi və akademik Arif Mehdiyevin anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Müdafiə Sənayesi Nazirliyinin və Müdafiə Nazirliyinin məsul əməkdaşları, Azərkosmos və digər təşkilatların nümayəndələri iştirak ediblər.

MAKA-nın baş direktoru professor Natiq Cavadov tədbiri giriş sözü ilə açaraq müəssisənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və akademik Arif Mehdiyevin həyatı və ictimai fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Müdafiə Sənayesi naziri Mədət Quliyevin təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirin sonunda yubiley münasibətilə İnstitutun əməkdaşlarına mükafatlar təqdim olunub. Yubiley münasibətilə “Kosmos Uşaqların gözü ilə” mövzusunda keçirilmiş rəsm sərgisində fəal iştirak etmiş uşaqlar təşəkkürnamələrlə təltif olunublar.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş