Mart ayında Azərbaycanda 1.7 milyon kvadratmetr ərazi minadan təmizlənib

 

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mart ayı ərzində 1 762 402 kv.m ərazi yoxlanaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 701 ədəd PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 320 443 366 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 716 307-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Samux və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

Mart ayı ərzində Azərbaycanda 1 mina/PHS hadisəsi qeydə alınıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş