Mart ayında Azərbaycanda 5299 PHS və 4 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xüsusi Əməliyyat Qrupu Bakıda fəaliyyət göstərməyən metal qəbulu məntəqəsindən 250 kq TNT tərkibli FAB-500 aviabombası və 5107 ədəd partlamamış sursatı zərərsizləşdirib. Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Ötən ay həyata keçirilmiş əməliyyat nəticəsində aviabomba və PHS-lər daşınaraq Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən hərbi təlim poliqonunda SM EOD vasitəsi ilə aşağı səviyyəli partlayış yolu ilə məhv edilib.

Agentlikdən bildirilib ki, FAB-500 aviabombası 800-1000 metr məsafədə kütləvi dağıdıcı qüvvəyə malikdir.

Ümumilikdə mart ayı ərzində Azərbaycanda 1856312 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 5299 PHS və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş