May ayında dövlət sərhəddini pozan 37 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin may ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiril­ib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qarşı mübarizə uğurla davam etdirilib.DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 37 nəfər saxla­nılıb, onların 24 nəfəri Azərbaycan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Türkiyə, Gürcüstan, Qırğızıstan, Moldova və Litva vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 9 nəfər, Xəzər dənizində 23 halda 32 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 411 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 28 halda 33 kiloqram 323,6 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınıb.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nə­ti­­­­cəsində 76 halda ümumi dəyəri təqribən 444 min manat olan qaçaq­ma­lın, o cümlədən 1 ədəd pnev­matik ta­pan­ça, 1 ədəd travmatık tapança, trav­ma­tık tapança üçün 7 ədəd patron və 1 ədəd daraq, 3 ədəd 7,62 mm-lik pat­ron, 1,5 kq barıt, 1 ədəd beşbarmaq, 500 ABŞ dolları, 1.228.000 RF rublı, 550 AR manatı, 500 İİR rialı, 774 qram qızıl-zinət əşyaları, 1 ədəd mü­hər­rik, 5 ədəd qayıq, 800 metr tor, 132 ədəd mobil telefon, 1566 ədəd 600 qram­lıq mühərrik yağı, 28 ədəd peyk antenasının aksesuarları, 7910 qutu müx­­­­­təlif markalı si­­qaret, 149 ədəd müxtəlif spirtli içkilər, 36 kq par­fü­me­ri­ya məmulatı, 327 ədəd müxtəlif dərman pre­pa­rat­ları və digər is­teh­lak mal­la­­rı saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində təd­birlər davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş