MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında 25 sənəd imzalanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında 25 sənəd imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bunu Rusiya Sərhəd Qoşunları Komandanının sədr müavini, general-polkovnik Aleksandr Manilov bildirib.

MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasından sonra jurnalistlərə açıqlama verən general-polkovnik Aleksandr Manilov qeyd edib ki, bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9-dan çox məsələ daxil edilib: “İmzalanan sənədlərin əksəriyyəti ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub”.

A.Manilov bildirib ki, tərəflər sərhəd təhlükəzliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

General-polkovnik həmçinin onu da əlavə edib ki, iclas zamanı tərəflər mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələləri müzakirə ediblər.

Tərəflər MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş