MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Sentyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib.

“AzeriDefence”nin məlumatına görə, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Özbəkistan və Tacikistanın Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib.

Komitənin iclasında Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təmsil edib.

İclasda MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının işçi orqanlarının 2017-ci ildə fəaliyyət məsələləri dinlənilib. Həmçinin MDB üzvü olan ölkələrin Silahlı Qüvvələri üçün mina təmizlənməsi sahəsində mütəxəssislərin hazırlanması və mühəndislik təminatı sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüş iştirakçıları Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional ekstremist təşkilatlarla mübarizə məsələlərinə baxıb. İclasda həmçinin, Birləşmiş Millətlər Təşkilatının Müdafiə Nazirləri Şurasının 2018-ci ilədək hazırladığı İş Planının layihəsi nəzərdən keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş