MEADS sınaqdan üzü ağ çıxdı

ABŞ ordusu orta uzaqlıqlı Hava Hücumundan Müdafiə Sistemi – MEADS-ın (Medium Extended Air Defense System) birinci sınaqlarını keçirib. Bu barədə “AzeriDefence” sistemin istehsalçısı Lockheed Martin şirkətinə istinadən məlumat verib.

Sınaq zamanı sistem MQM-107 tipli reaktiv hava hədəfini aşkarlayıb, müşayiət edib və məhv edib. Sınağın bütün məsələləri müvəffəqiyyətlə yerinə yetirilib.

Yeni nəsil MEADS sisteminə MFCR (Multifunction Fire Control Radar) dairəvi müşahidə aparan çoxfunksiyalı radar, döyüş idarə etmə sistemi, mobil işəsalma qurğusu və PAC- 3 MSE (Missile Segment Enhancement) raketi daxildir. Sistem obyektlərin taktik ballistik raketlərdən, qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından və təyyarələrdən effektiv müdafiəsi üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş