Mədət Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərəncamda göstərilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

KATEQORIYA:
Bu xəbəri paylaş