
Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin edilib
Ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi Nazirinin müavini təyin edilib.
“AzeriDefence”nin məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Prezidenti iyulun 7-də sərəncam imzalayıb.
Mehman Baxışov 2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri təyin edilib. Bundan əvvəl isə o, Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü Sərəncamı ilə Mehman Baxışova general-mayor ali hərbi rütbəsi verilib.
KATEQORIYA: Xəbərlər