Mehriban Əliyeva: Azərbaycanın mövqeyi həm döyüş meydanında, həm də kompüter qarşısında müdafiə edilməlidir

Mehriban Əliyeva: Azərbaycanın mövqeyi həm döyüş meydanında, həm də kompüter qarşısında müdafiə edilməlidir

Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında.

“AzeriDefence”nin məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqa müraciətində deyib.

“Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər.

Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”, – deyə Birinci vitse-prezident Mehriban Əliyeva deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş