Meksikanın Mi-17 helikopterləri modernləşdiriləcək

Rusiya və Meksika Mi-17/Mi-17-1V helikopterlərnin modernləşdirilməsi üzrə yeni müqavilələr imzalamağı planlaşdırır.

AzeriDefence xəbər verir ki, bu haqda “Vertolyot Rossii” şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Vertolyot Rossii” şirkəti Meksikanın Hərbi Hava Qüvvələri ilə birgə 2014-2015-ci illərdə 19 helikoter üzərində əsaslı təmir işləri aparıblar. İki ölkə arasında imzalanan müqaviləyə əsasən, bu təmir işləri Novosibirski zavodunda aparılıb.

Helikopter modernizə olunarkən, bütün sistemlər o cümlədən helikopterin aqreqatları və mühərrik üzərində təmir işləri həyata keçirilib. Demək olar ki, aqreqatların hamısı dəyişdirilib, istifadəyə yarasız olanları isə yeniləri ilə əvəz olunublar.

“Zəmanət müddətinin başa çatması ilə əlaqədar, biz Meksika tərəfinə helikoterlərin yenidən modernizə edilməsi ilə bağlı texniki yardım təkliflərimizi vermişik. Hazırda Meksika hərbi müəssisəsindən cavab gözləyirik”, – deyə  “Vertolyot Rossii” şirkətinin baş direktoru Andrey Boqinski qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş