Məktəblilər hərbi dənizçilərin qonağı olub

Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri Hərbi Dəniz Qüvvələri bazasını ziyarət ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbat xidmətindən məlumat verilib.

Hərbi hissə və təlim gəmisinə baş çəkən məktəblilər matroslarla görüşüb, onların məşqlərini izləyib və sosial-məişət şəraitləri ilə tanış olublar. Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş