Məktəblilər hərbi təyinatlı vasitələrlə tanış olublar – FOTO

Bakının 72 nömrəli tam orta məktəbinin IX və X sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olunub.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Şagirdlər “İbtidai hərbi hazırlıq” fənni üzrə dərslərdə aldıqları biliklərin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olublar.

Burada şagirdlərə Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.

mektebliler2

mektebliler3

mektebliler4

KATEQORIYA:
Bu xəbəri paylaş