Məktəblilər “TurAz Qartalı – 2015” təlimlərinin qonağı olublar

Məktəblilər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı – 2015” taktiki təlimlərində iştirak edən hərbi pilotların qonağı olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.

Təlimlərdən, xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər edərək yiyələndikləri peşənin sirlərini bölüşüblər.

Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.

 

turaz1

turaz2

turaz6

turaz7

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş