Patron qutularının dizaynı dəyişdi: Qutuların çəkisi yüngülləşir

Danimarkanın PPD şirkəti kiçik patronlar üçün qutu hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, qutuda xüsusi dəyirmi yuvalar yaradılıb ki, patron bura rahatlıqla oturdula bilir. Qutunun içi isə çıxarılması rahat olan “Lego”lar (konstruktor oyununda istifadə edilən detallar) kimi yığılıb.

Qutu daşınması asan olan şəkildə konstruksiya edilib. Bu da hərbçilərin həmin qutuları asan formada daşımasına imkan yaradacaq.

Şirkətin icraçı direktoru Tim Otter bildirib ki, 1942-ci ildən bu günə qədər patron qutularının forması dəyişilməz qalıb və bu istiqamətdə heç bir ciddi yenilik edilməyib.

Onun sözlərinə görə, şirkətin istehsal etdiyi qutular polikarbonatdan istehsal olunub. Qutuların bu tərkibli məhsuldan istehsalı ümumi çəkini xeyli azaldıb. Məsələn, 5,56 çaplı 150 patron qutunun çəkisi 1,5 kq aşağı enib.

Bu qutuların rəngli və şəffaf görüntülü olması da hərbçilərin işini asanlaşdırmağa xidmət edir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş