Məşhur aktyor Dolf Lundqren Belarusun yeni zirehli maşınını test edib – FOTOLAR

Belarus istehsalı olan “Kayman” zirehli transportyorunun test-sınaqları həyata keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, zirehli maşın “140 remontnıy zavod” müəssisəsində yaradılıb. Maşın kəşfiyyat-təxribat, patrul və digər təyinatlar üzrə istifadə oluna bilər.

Maşın 90 faiz milli müəssisələrdə istehsal olunan komponentlərdən yaradılıb.

“Kayman”ın mühərriki öz gücü ilə analoqları arasında mühüm yerlərdən birini tutur. D-245 dizel mühərriki 170 at gücünə malikdir və “Minskiy Motornıy Zavod”da istehsal olunub. Maşının 5 pilləli ötürücü transmissiyaya malikdir.

Bu mühərrik və transmissiya 7 tondan ağır maşını saatda 100 km sürətlə sürməyə imkan verir.

4х4 təkər formullu və təkərlərin mərkəzi doldurma sisteminin olması, o cümlədən olması, mühərrikin imkanları “Kayman”ı keçilməz ərazilərdə rahat manevr etməsinə kömək edir.

Suda hərəkətinin təmin olunması üçün isə maşının arxa hissəsinə əlavə mühərrik inteqrasiya olunub. Bu mühərrikin köməkliyi ilə maşın suda saatda 7 km sürətlə hərəkət edə bilir.

Mərkəzi idarəetmə sistemi – cihazları sayəsində maşının işləmə prosesinə bütünlüklə nəzarət olunur.

“Kayman”ın korpusu aşağı hissədən V-şəkillidir. Aşağı hissədə gücləndirilmiş zireh sayəsində maşın mina partlayışları əleyhinə dözümlülük dərəcəsinə malik olub.

Maşının içərisi üç hissəsədən ibarətdir. Ön hissə idarəetmə bölməsi, orta döyüş, arxa isə mühərrik və transmissiya qurğusu bölmələridir.

Artıq maşının əsas testləri yekunlaşıb.

Məlumatda o da qeyd olunub ki, testlərdə tanınmış amerikalı aktyor, kinorejissor Dolf Lundqren də iştirak edib.

“World of Tanks”in Minskdəki ofisinin təşəbbüsü ilə reallaşan səfər zamanı maşının test prosesinə qatılan aktyor, “Kayman”ı sürməsə də sərnişin kimi transportyorun imkanları ilə tanış ola bilib. Testdən sonra təəssüratlarını bölüşən aktyor maşının manevr imkanlarının ürəkaçan olduğunu söyləyib.

90269f745676e1867d76766d20a7878c

c0e6cc9f7d886aaf73b8b558dd3310fc

KATEQORIYA:
Bu xəbəri paylaş