“Meteksan Savunma”-dan PUA və raket istehsalçıları üçün “Anti-Jamming GNSS”

“Meteksan Savunma”-dan PUA və raket istehsalçıları üçün “Anti-Jamming GNSS”

Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən olan “Meteksan Savunma” şirkəti pilotsuz uçuş aparatı və raketlərin Qlobal Peyk Naviqasiya Sistemlərinin (Global Navigation Satellite System-GNSS) siqnallarının qarışdırılmasına qarşı “Anti-Jamming GNSS” cihazını hazırlayıb.

“Meteksan Savunma” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, hərbi platformaların gələcəyi baxımdan qarışdırıcı siqnallarının təmizlənməsi və yatırılması mühüm önəmə sahibdir. Bu çərçivədə “Meteksan Savunma” tərəfindən hazırlanmış “Anti-Jamming GNSS” cihazı GPS, GLONASS, GALILEO, BEIDOU qlobal peyk naviqasiya sqnallarını dəstəkləyir və geniş tezliklərdə işləyir.

“Anti-Jamming GNSS” cihazı sayəsində qarışdırma siqnallarının istiqaməti müəyyən edilir və kosmik filtrləmə tətbiq edilərək qarışdırma siqnallarının yatırılması təmin olunur. Siqnal emalı alqoritmləri tərəfindən ayırd edilən qarışdırıcı siqnalları təmizlənir, standart naviqasiya siqnalları alıcıya verilməsi üçün yenidən formalaşdırılır.

“Anti-Jamming GNSS” müasir texnologiyası və kiçik qabarit ölçüləri sayəsində raketlər, PUA-lar və digər platformalarda istifadə edilə bilər.

GPS L1, GPS L2 və GLONASS L1 dalğa diapazonlarında çalışa bilən “Anti-Jamming GNSS” 4 kanallı antenaya, platformalara uyğun antena dizaynına sahibdir. MIL-STD-810G və MIL-STD-461F uyumlu sistem eyni anda birdən çox qarışdırıcıya qarşı dayanıqlı, yüksək sürət, manevr və yüksəklikdə çalışa biləcək imkanlara sahibdir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş