“Meteksan Savunma” PUA-lar üçün enmə-qalxma sistemini test edib

Türkiyənin “Meteksan Savunma” şirkətinin enmə-qalxma sistemi (OKİS) “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) üzərində test edilib.

Bu barədə “AzeriDefence”yə “Meteksan Savunma” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Meteksan Savunma” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan OKİS sisteminin sınaqları uğurla həyata keçirilib.

Sınaqlar zamanı “Bayraktar TB2” PUA-ya inteqrasiya olunan OKİS hava cihazı ilə uçuş xəttinin kənarında qurulan OKİS yer cihazı arasında 12 km məsafədən əlaqə təmin olunub.

Həmçinin bütün yer və hava testlərində OKİS tərəfindən hazırlanan mövqe məlumatının GPS sistemlərinə asılı olmadan PUA-nın avtomatik enmə-qalxmasına imkan verəcək yüksək həssaslığa malik olduğu müşahidə olunub.

Şirkətin açıqlamasına görə, kiçik ölçüsü və çəkisi ilə fərqlənən OKİS hava cihazının PUA-nın fayfdalı yük daşıma qabiliyyətinə önəmli təsiri olmadan bütün PUA sinifləri üzərində istifadəsi mümkündür.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş