MG4 A3 pulemyotu 2021-ci ildə silahlanmaya veriləcək

MG4 A3 pulemyotu 2021-ci ildə silahlanmaya veriləcək

Almaniya Silahlı Qüvvələri (Bundesver) ordunun silahlanmasında yer alan G36 tüfənglərinin dəyişdirilməsini təxirə salıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Bild am Sonntag” nəşrinə Almaniya Müdafiə Nazirliyindən bildirilib. G36 tüfənglərinin dəyişdirilməsi məsələsinə ölkə parlamenti cari ilin oktyabr ayında baxacaq.

Məlumatda o da bildirilib ki, MG4 A3 yüngül hücum pulemyotlarının (LMG) 2021-ci ildə Silahlı Qüvvələrə təhvil veriləcəyi planlaşdırılır.

MG4 A3 yüngül pulemyotu Almaniya ordusu tərəfindən sınaqlardan keçirilib. Atış sınaqları uğurla nəticələnən MG4 A3 pulemyotu ideal silah hesab edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş