Mi-171Ş helikopterinin 2022-ci ildə seriyalı istehsalı başlayacaq

Mi-171Ş helikopterinin 2022-ci ildə seriyalı istehsalı başlayacaq

Rusiyanın təkmilləşdirilmiş Mi-171Ş “Ştorm” helikopterinin seriyalı istehsalına 2022-ci ildə başlanacaq.

Azeri Defence saytının TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Ulan-Ude Aviasiya Zavodu” ASC-nin direktor müavini Mixail Karpuşkin deyib.

Mi-8AMTŞ hərbi nəqliyyat helikopterinin ixrac versiyası olan Mi-171Ş helikopterinin ilk uçuş prototipi Moskva vilayətində keçirilən “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda nümayiş etdirilir.

“İdarə olunan raketlərlə silahlandırılan “Ştorm” Mi-8 xəttindəki hərbi nəqliyyat helikopterlərinin əvvəllər hazırlanmış variantları ilə müqayisədə əhəmiyyətli dərəcədə gücləndirilib. Mi-171Ş helikopterinin analoqlarından əsas üstünlüyü idarə olunan silahlar, xüsusən tankları məhv etməyə qadir olan “Ataka” raketlərindən istifadəsidir”, –  deyə Karpuşkin bildirib.

“Ştorm” daha güclü VK-2500-03 mühərrikləri ilə təchiz edilib. Sələfləri ilə müqayisədə Mi-171Ş helikopterinin daşıma qabiliyyəti və uçuş sürəti, o cümlədən uçuş tavanı artırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş