Mi-2 tam yeniləndi
Ukraynalı mütəxəssislər çoxtəyinatlı Sovet istehsalı olan Mi-2 helikopterini modernləşdirib.
“AzeriDefence”nin məlumatına görə, modernləşdirilmiş helikopter Mi-2MSB-V adı ilə təqdim olunub.
Modernləşdirilmiş helikopter 430 at gücü olan Aİ-450V markalı iki mühərriklə təchiz edilib. Bu da yeni Mi-2-nin uçuş məsafəsini 800 km-dək uzadıb.
Silahlanmasına gəlincə, helikopter idarə olunmayan B6V8МSB aviasiya raketi, UAQ-40 avtomatik qumbaraatan sistemi, o cümlədən iriçaplı 12,7×99 mm-lik WLKM pulemyotu ilə təchiz olunub.
Helikopterin müdafiəsinin təmin olunması üçün ona isə yerli istehsal olan elektro-optik stansiya quraşdırılıb.