Mi-24 helikopterlərinin modernləşdirilməsi davam etdirilir

Mi-24 helikopterlərinin modernləşdirilməsi davam etdirilir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Radioelektron texnologiyaları” konserni Mi-24 döyüş helikopterini yeni nəsil Mi-28NM helikopterləri səviyyəsinə qədər modernləşdirilməsi üzərində işləyir.

“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Rıçaq” şirkətinin baş direktoru Aleksey Panin deyib.

Aleksey Panin bildirib ki, modernizasiya olunan Mi-28NM helikopterlərinə ən yeni avionika avadanlığı quraşdırılır. Helikopterlər rəqəmsal şüşə kokpit ilə təchiz edilir.

Pilotların gecə görmə eynəklərindən istifadəsi üçün işıqlandırma cihazlarının uyğunlaşdırılması da həyata keçirilib.

Yeni Mİ-28NM döyüş helikopteri 360 dərəcə əhatə radarı, yeni nəzarət sistemi və müasir idarə olunan silahlarla təchiz edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş