Mi-8MTV-5 helikopteri yeni mühərriklə uçuş sınaqlarına hazırlanır

Mi-8MTV-5 helikopteri üzərinə qurulmuş iki ədəd TV3-117VMA-SBM1V mühərriki ilə Mil adına Moskva Helikopter Zavodunda uçuş sınaqlarına hazırlanır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “AviaPort” saytı məlumat yayıb.

Hazırda helikopterin ilk uçuşdan əvvəl sistemlərinin işləmə qabiliyyəti yoxlanılır. Yoxlamalardan sonra helikopterin uçuş sınaqları başlanacaq. Zavod sınaqlarından sonra isə dövlət sınaqları başlanacaq. Zavod və dövlət uçuş sınaqları proqramı üzrə 50-dən az sınaq uçuşu keçirilməlidir.

Yeni mühərrik 2500-2800 at gücünə malikdir. Mühərrik +52 dərəcəyədək hava temperaturunda belə işləyə biləcək. Yeni mühərriklərlə helikopterin statik tavanı 8 km təşkil edəcək və yüksək dağlıq şəraitində uça biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş