MİLGEM-3 və MİLGEM-4-ün Döyüş Sistemləri ASELSAN-dan

Türkiyə Müdafiə Sənayesi Katibliyi tərəfindən həyata keçirilən MİLGEM (Milli Gəmi) Korveti Layihəsi çərçivəsində inşa olunan üçüncü və dördüncü gəmilərin (BURGAZADA və KINALIADA) Döyüş İdarəetmə Sistemləri ASELSAN və HAVELSAN şirkətləri tərəfindən hazırlanacaq.Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Üçüncü və dördüncü gəmilərin layihəyə daxil edilməsi ilə bağlı imzalanmış yeni müqavilənin dəyəri 206 milyon avro təşkil edir. Müqavilədə ASELSAN-ın payı 140.8 milyon avro olub.

ASELSAN şirkəti MİLGEM Döyüş Sistemində İnteqrə Rabitə Sistemi, Elektron Mübarizə Sistemi, Elektro Optik Sistemlər, Naviqasiya Sistemləri, Radarlar, Hava Müdafiə ve Silah Sistemləri, Atış Kontrol Sistemləri, Sonarlar və Torpedalara qarşı sistemlər ilə Döyüş Sistemləri İnteqrasiyasını həyata keçirəcək.

MİLGEM-3 və MİLGEM-4 gəmilərində ASELSAN tərəfindən milli imkanlar hesabına hazırlanmış “Xızır” Torpeda Qarışdırma və Aldatma Sistemi, həmçinin “Qulac” sistemi istifadə olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş