“Military Medical Webex” hərbi tibb sərgisi və konfransı keçirilir

“Military Medical Webex” hərbi tibb sərgisi və konfransı keçirilir

Türkiyənin “Capital Exhibition” şirkətinin təşkilatçılığı ilə “Military Medical Webex” beynəlxalq virtual hərbi tibb sərgisi və konfransı işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, konfransın açılışında iştirak edən “Capital Exhibition” şirkətinin rəhbəri Hakan Kurt bildirib ki, iki günlük sərgi və konfransda dünya ordularının hərbi tibbi ilə bağlı aktual məsələlərin müzakirəsi, yeniliklər barədə tədimatların keçirilməsi nəzərdə tutulur. Sərgi çərçivəsində 4 seminar keçiriləcək. İki günlük sərgidə 200-dən çox iş görüşməsi təsdiqlənib.

“Sərgi və konfransda dünyada davam edən yeni tip koronavirus pandemiyasının dünya ordularına təsiri və aradan qaldırılması yolları müzakirə olunacaq”, – deyə Hakan Kurt bildirib.

Konfransda çıxış edən Kosova Müdafiə Nazirliyinin Hərbi Tibb idarəsinin rəisi Cövdət Tahiraj COVİD-19 pandemiyası ilə mübarizədə orduların iştirakından danışıb.

Qeyd edək ki, iki gün davam (9-10 iyun tarixlərində) davam edəcək “Military Medical Webex” sərgisində Türkiyə ilə yanaşı Pakistan, Banqladeş, Bosniya və Hersoqovina Silahlı Qüvvələrindən, Kosovadan hərbi tibb heyətləri iştirak ediblər.

“Military Medical Webex” beynəlxalq sərgi və konfransının media tərəfdaşları qismində Azərbaycandan AZERİ DEFENCE jurnalı da çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş