“Military Medical Webex” sərgisi başa çatıb

 “Military Medical Webex” sərgisi başa çatıb

Türkiyənin “Capital Exhibition” şirkətinin təşkilatçılığı ilə 9-10 iyun tarixlərində “Military Medical Webex” beynəlxalq virtual hərbi tibb sərgisi və konfransı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, “Military Medical Webex” sərgisini dünya ölkələrinin hərbi tibb sənayesi sektorunun və hərbi təchizat təşkilatlarının rəhbər və nümayəndələri ziyarət edib. Sərgidə Türkiyə ilə yanaşı Pakistan, Banqladeş, Bosniya və Hersoqovina Silahlı Qüvvələrindən, Kosovadan hərbi tibb heyətləri iştirak ediblər. 16 ölkədən 56 hərbi satınalma idarəsi 64 sərgi şirkəti ilə 264 B2G görüşü keçirib. Bundan başqa sərgi çərçivəsində 4 qlobal seminar keçirilib.

Sərginin son günündə ən əhəmiyyətli mövzulardan biri olan KBRN mövzusunda müzakirələr aparılıb. Türkiyənin yerli imkanlar hesabına hazırladığı cihaz və texnologiyaların bioterror hücumları, təhlükəsizlik və təhlükəsizlik siyasəti sahəsindəki əhəmiyyətindən danışılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi daxilində 2018-ci ildə qurulan KBRN Müdafiə Agentliyinin rəhbəri Burçak Çabuk MKEK təşkilatı daxilində dünyanın koronavirus ilə bağlı ehtiyacı olan və tələbatını ödəyə bilmədiyi respirator cihazının lokalizasiyası və istehsal prosesi haqqında məlumat verib. Burçak Çabuk həmçinin Çindən gətirilən və daxili qurğularla koronavirusun müalicəsində istifadə olunan dərman xammalı olan hidroksiklorokinin istehsalı ilə bağlı açıqlamalar verib. B. Çabuk eyni zamanda epidemiya ilə mübarizə çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyi ilə Milli Müdafiə Nazirliyinin nəzdində yaradılan COVID-19 KOMMER Mübarizə Mərkəzi tərəfindən görülən işlərdən danışıb.

Serbiya Müdafiə Nazirliyinin Sağlamlıq Xidmətləri Komandanlığının Profilaktik dərmanlar bölməsinin rəisi Vladan Radosavljeviçin iştirakı ilə uzun illərdir müzakirə edilən bioloji hücumların necə baş verdiyi və onun qarşısının alınması yolları müzakirə edilib. Sessiyada müzakirə olunan digər mövzular COVID-19-un bütün dünyaya təsir edən bioloji bir terror hücumu olub-olmaması, həmçinin bioterror hücumlarından sonra təhlükəsizlik və təhlükəsizlik siyasətinin necə bölüşdürülməsi barədə olub.

Sərginin son günündə keçirilən seminarda Müdafiə nazirlikləri və ordularda “tibbi qüvvələrin” mövcudluğu və imkanlarından bəhs edilib. Orduların hazırlıq şəraiti, texniki ehtiyaclar və yeni nəsil texnologiyalara inteqrasiya kimi vacib mövzular müzakirə edilib. Pakistan Silahlı Qüvvələrinin general-mayoru Məhəmməd Salman Əşrəf çıxışında Pakistanda COVID-19 ilə mübarizədə görülən tədbirlər barədə danışıb.

Banqladeş Silahlı Qüvvələrinin Baş Səhiyyə Xidmətinin direktoru, general-mayor Faşiur Rəhman COVID-19 çərçivəsində Banqladeşdəki ümumi vəziyyəti izah edib. Görülən tədbirlər çərçivəsində maarifləndirmə kampaniyaları və çağrı mərkəzlərinin işə salındığını və səhiyyə işçilərinin fərdi təhlükəsizlik avadanlıqları və qida ehtiyaclarını qarşılamaq üçün dövlətin səfərbər edildiyini söyləyib. Bu müddətdə xüsusilə tənəffüs cihazlarının və oksigen dəstəyinin əhəmiyyətinə toxunub.

Girnə Amerika Universitetinin (GAU) Siyasi Elmlər Fakültəsinin üzvü və Təhlükəsizlik Tədqiqatları Mərkəzinin direktoru. M. Sadık Akyar hərbi səhiyyə sistemləri, sahə və mobil sağlamlıq sistemləri və COVID-19 infeksiyasının yayılması zamanı hərbi qüvvələrin rolu haqqında danışıb.

“Military Medical Webex” beynəlxalq sərgi və konfransının media tərəfdaşları qismində Azərbaycandan AZERİ DEFENCE jurnalı da çıxış edib.

KATEQORIYA:
Bu xəbəri paylaş