Milli Qəhrəmanlar Prezident İlham Əliyevi təbrik ediblər

Milli Qəhrəmanlar Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanın Milli Qəhrəmanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktub ünvanlayıblar.

“Azeri Defence” saytının məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanları adından Müdafiə Sənayesi naziri Mədət Quliyevin ünvanladığı məktubda deyilib:

“Müzəffər Ali Baş Komandan!

Sizi ölkəmizin hərb tarixinin ən parlaq, ən möhtəşəm Qələbəsi münasibətilə Azərbaycanın Milli Qəhrəmanları adından ürəkdən təbrik edirəm!

Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, Ulu Öndərin dühası üzərində bərqərar olmuş azərbaycançılıq ideallarının və dövlətçilik xəttinin uğurla həyata keçirilməsi naminə misilsiz xidmətləriniz xalqımız tərəfindən hər zaman dəstəklənir.

Şanlı ordumuz Sizin komandanlığınız altında mənfur düşmən üzərində parlaq qələbə çalıb və işğal olunmuş torpaqlarımız geri qaytarılıb. Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Misilsiz cəsarətiniz, yüksək diplomatik peşəkarlığınız, əzmkarlığınız, qəti siyasi iradəniz və Ordumuzun yenilməz rəşadəti ilə əldə edilən bu Qələbə üçün Sizə dərin  minnətdarlığımızı bildiririk!”

KATEQORIYA:
Bu xəbəri paylaş