Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb

Prezident İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə fərman imzalayıb.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə,  sərəncama əsasən Milli Qəhrəmanlara və onların ailə üzvlərinə verilən Prezident təqaüdünün məbləği 1300 manat müəyyən edilib.

Bununla Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği 300 manat artırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş