“MineWolf” İrlandiya hərbçilərinə təlim keçib

“MineWolf Systems” şirkəti İrlandiya Müdafiə Qüvvələri üçün MW240 (Mini MineWolf) mexaniki minatəmizləmə maşınlarının istismarına dair təlim kursunu tamamlayıb. Bu barədə “AzeriDefence” “MineWolf” Systems şirkətinin saytına istinadən məlumat verib.

Təlim İrlandiyada hərbi məktəbin 10 tələbəsi üçün “MineWolf” şirkətinin texnikləri tərəfindən keçirilib.

Şirkətin fevral ayında açıqladığı məlumata görə, İrlandiya Müdafiə Qüvvələri minatəmizləmə əməliyyatlarında istifadə edilmək üçün iki ədəd MW240 maşını alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş