Mini və nano dronlara qarşı yeni sistem – “Drone Dome” – FOTOLAR

İsrailin “Rafael” şirkəti Farnboro aviasiya şousunda mini PUA-ları zərərsizləşdirmək üçün hazırladığı “Drone Dome” kompleksini nümayişə çıxarıb.

“AzeriDefence”nin məlumatına görə, “Drone Dome” kompleksi ətrafı 360 dərəcə dairəvi deteksiya etmə qabiliyyətinə malik “Rada” şirkətinin istehsalı olan RPS-42 taktik hava müşahidə radarı, elektro-optik müşahidə sensorlar və PUA-nın peyk naviqasiyasını, radiosiqnallarını qarışdıran jammer sistemindən ibarətdir.

Testlər zamanı “Drone Dome” kompleksi mikro və nano PUA-lara qarşı effektiv tətbiq edilib. Belə ki sınaqlar zamanı “Proxy Dynamics” şirkəti tərəfindən istehsal edilmiş dünyanın ən kiçik PUA-I olan “Black Hornet” təsirsiz hala gətirilib.

Sistem bütün hava şəraitində 24 saat fəaliyyət göstərir. Radar təhlükəni aşkarladıqdan sonra PUA elektro-optik və infraqırmızı sensorlar tərəfindən müəyyən edilir. Bundan sonra jammer sistemi işə düşərək PUA-nın radiodalğaları və peyk naviqasiyası qarışdırılır və PUA-nın fəaliyyətinə müdaxilə olunaraq endirilməsi təmin olunur.

DRONE DOME (1)

DRONE DOME (2)

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş