MiQ-29 yandı: Pilot katapult oldu

Belarus Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 döyüş təyyarəsi uçuş anında yanıb.

“AzeriDefence”nin məlumatına görə, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib ki, HHQ-nın  Bobruyskiy aerodromunda uçuşa start anında MiQ-29 təyyarəsinin mühərrik bölməsində yanğın başlayıb.

Pilot və texniki heyətin operativ tədbirləri sayəsində faciədən yayınmaq mümkün olub.

Nazirlik bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Pilot vaxtında katapult oluna bilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş