“Miq-35” döyüş təyyarələri beynəlxalq bazara çıxarılır

Rusiya “Miq-35” (NATO adı: Fulcrum-F) döyüş təyyarələrini beynəlxalq bazara çıxarmağa hazırlaşır.

“AzeriDefence”nin məlumata görə, bu barədə Rusiyanın silah ixrac edən “Rosoboronexport” şirkətinin icraçı direktoru Aleksandr Mixeyev Fransada keçirilən “Paris Airshow” aviasiya sərgisində jurnalistlərə bildirib.

İcraçı direktor döyüş təyyarəsinin bir-iki il ərzində gözlənilən səviyyəyə çatacağını və ixrac məhsulu olaraq bazara çıxarılacağını bildirib.

“Miq Aircraft” firmasına görə, “Miq-35″lər bu il ərzində dövlət testlərini başa vuracaq. Firma, xüsusən Cənubi və Cənub-şərqi Asiya, Latın Amerika və Afrika bazarlarından sifariş olunacağına ümid olduğunu açıqlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş