MiQ-35-in yeni variantının istehsalına gələn ildən başlanacaq

Rusiyanın MİQ şirkəti 2016-cı ilin birinci yarımilində yüngül çoxfunksiyalı MiQ-35-in ilk prototipinin istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu model Rusiya Hərbi Hava Qüvvələrinin tələblərinə uyğun istehsal olunacaq.

Adıçəkilən təyyarədən iki ədəd yaradılacaq və bu proses dövlət büdcəsindən ayrılan maliyyə hesabına reallaşacaq.

Məlumatda o da qeyd olunub ki, MiQ-35-in bu variantı 4-cü və 5-ci nəsil rus təyyarələri arasında keçid modeli hesab oluna bilər.

MİQ-dən bildirilib ki, bu təyyarə yalnız daxili silahlanmaya veriləcək və eksport üçün nəzərd tutulmayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş